Xətai rayonunda “Mercedes” bir neçə piyadanı vurub, ölən və yaralananlar var
24 aprel, 2012 07:40
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobili yol kənarında duran 4 piyadanı vurub. Nəticədə piyadalardan biri hadisə yerindəcə keçinib. Digərləri isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən həmçinin bildirilib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.