Dəhşətli təyyarə qəzası: 100-dən çox ölü
21 aprel, 2012 05:43
Pakistanın paytaxtı İslamabad səması üzərində, beynəlxalq aeroportun yaxınlığında "Boeing" tipli mülki təyyarə qəzaya uğrayıb.
MIGnews.com saytı xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 138 nəfərə çatıb. Qəzaya uğramış təyyarənin göyərtəsindəki insanların hamısı (118 sərnişin və 9 heyət üzvü) dünyasını dəyişib. Üstəlik, qəzaya uğramış təyyarənin üzərinə düşdüyü evlərdə yaşayan 11 sakin də həlak olub.