Türkiyədə baş verən güclü yağış və fırtına Azərbaycanın bəzi ərazilərinə də qismən təsir göstərəcək
19 aprel, 2012 08:27

 

 

“Türkiyədə baş verən güclü yağış və fırtınanın Azərbaycan ərazisinə elə də güclü təsiri yoxdur.

 Bu prosesin qismən təsiri nəticəsində Azərbaycanın qərb rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Qazax, Gəncə bölgəsində şimşəklə müşahidə olunan qısamüddətli yağışlar gözlənilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif  Verdiyev deyib.

 Onun sözlərinə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 20-də şimal-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu gün paytaxtda 21-26 dərəcə, ayın 20-21-də 20-25 dərəcə isti təşkil edəcək.

 Azərbaycanın bölgələrində aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 21-26 dərəcə, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

 Aprelin 21-də də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 22-27 dərəcə, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

 Qeyd edək ki, aprelin 18-də Türkiyə ərazisində baş verən fırtına və güclü yağış nəticəsində İstanbul və Ankara da daxil olmaqla, bir neçə vilayətdə tikililərdə dağıntı qeydə alınıb, ölən və yaralananlar olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.