Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısı, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib
16 aprel, 2012 16:24
Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı regional və beynəlxalq məsələlər, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlər, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, həmçinin Aİ ilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.