Azərbaycanın xarici işlər naziri İSAF xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak edəcək
16 aprel, 2012 07:47
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Brüsseldə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibinə daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Toplantı aprelin 18-20-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Görüşdə İSAF proqramlarının reallaşma perspektivləri müzakirə olunacaq. Bundan başqa, nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Xatırladaq ki, İSAF 2001-ci ildən Əfqanıstanda NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentdir.