Azərbaycanda baş verən yol qəzasında ər və arvad ölüb
05 aprel, 2012 06:14
Azərbaycanın Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə ötən gecə rayonun Bico kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 63 yaşlı Şərafəddin Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, onun həyat yoldaşı Tubinisə Hüseynova aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Faktla bağlı araşdırma aparılır.