Azərbaycanda üç nəfər qar uçqununa düşüb
05 aprel, 2012 06:11
Onların axtarışlarına FHN-in aviasia dəstəsinin helikopteri cəlb edilib.
Azərbaycanda üç nəfər qar uçqununa düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.
İtkin düşmüş şəxslərin axtarışları davam edir.