Azərbaycan Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalar aparır
03 aprel, 2012 06:56
Respublika Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalara başlayıb.
Yoxlamalar Bakı şəhər prokuroru Əziz Seyidovun 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həyata keçirilir. Baş Prokurorluq Bakı şəhər prokurorunun 5 illik fəaliyyətini araşdırır və yaxın günlərdə yoxlamalar yekunlaşacaq. Bundan sonra Bakı şəhər prokurorunun vəzifədə qalıb-qalmaması məsələsi həll olunacaq.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar.
Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti aprelin 20-si başa çatır.