Azərbaycan sinoptikləri əhaliyə xəbərdarlıq edirlər
02 aprel, 2012 08:53

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
 Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 2-si axşamdan 3-ü axşamadək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda temperaturun əvvəlki günə nisbətən aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq. Aprelin 4-5-də hava şəraitinin nisbətən sabitləşməsi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü isə meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Aprelin 2-sindən 3-ünə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Aprelin 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.