Bolqarıstanın baş naziri aprelin 26-da Azərbaycana səfərə gələcək
02 aprel, 2012 06:26
Bolqarıstanın baş naziri Boyko Borisov aprelin 26-da Azərbaycana iki günlük səfərə gələcək.
Bu barədə Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər Azərbaycan baş nazirinin dəvəti ilə gerçəkləşəcək. Səfərin proqramı diplomatik kanallarla dəqiqləşdirilir.
Qeyd edək ki, Boyko Borisovun Azərbaycana aprelin əvvəllərində gəlməsi nəzərdə tutulurdu.