Bakıda yol qəzası baş verib, ölən və yaralananlar var
31 mart, 2012 09:10
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 30-u saat 23:55 radələrində Babək prospektində Bakı şəhər sakinləri Emin Əliyev idarə etdiyi «VAZ-2107» markalı və Rafiq Rəhmanovun idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşub. Qəza nəticəsində yaralanan E. Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. «Mersedes» markalı avtomobilin sərnişinləri Hökümə Rəhimova və oğlu İbrahim xəstəxanaya yerləşdirilib.