Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq
27 mart, 2012 09:45

 

Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi yerlərdə qar yağacaq. Martın 27-si və 28-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.  A. Verdiyevin sözlərinə görə, bölgələrdə martın 27-də arabir yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur aran rayonlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 3-8 dərəcə isti gözlənilir. Martın 28-də isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə qarın intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə aran rayonlarında 0-4, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.  Abşeron yarımadasında isə martın 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Bakı və Abşeronda külək olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində külək güclənəcək. Temperaturun gecə 2-5, günün birinci yarısında 11 dərəcəyədək, günün ikinci yarısında isə 4 dərəcəyədək isti olacağı gözlənilir. Martın 28-də isə paytaxtda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək, temperatur gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.