Azərbaycan parlamenti Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı beynəlxalq qurumlara müraciət qəbul edib
01 may, 2012 10:35
Milli Məclis Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 20-ci ildönümü ilə bağlı Avropa Parlamenti, AŞPA və digər beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Müraciətin mətnini Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.
Sənəddə Şuşanın tarixi, işğalı, həmçinin Azərbaycanın digər ərazilərinin işğalı barədə məlumatlar yer alıb.
Milli Məclis beynəlxalq birliyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırılıb. Müraciət dünyanın bütün ölkələrinin parlamentlərinə göndəriləcək.