Mingəçevirdə avtomobil aşıb, ölən var
30 aprel, 2012 08:46
Azərbaycanın Mingəçevir şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, yol qəzası u gün saat 03.30 radələrində qeydə alınıb. Mingəçevir şəhər sakini Musa Musayev "Opel- Astra" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.