Azərbaycan prezidenti İlham Əliyev Niderland Kraliçasını təbrik edib
28 aprel, 2012 15:39
Azərbaycan prezidenti İlham Əliyev Niderland Kraliçasını milli bayram – Kraliça günü münasibətilə təbrik edib. Ülyahəzrət Beatriksə ünvanlanan təbrikdə dövlət başçısı İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələr arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcək: “Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm”.